Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:47

Bəhreyn hakimiyyəti ölkədə hücuma hazırlaşan İranla əlbir qrupun zərərsizləşdirildiyini bildirir.

Daxili işlər nazirliyinin yanvarın 6-da yaydığı məlumata görə, İran İnqilab Qvardiyası və Tehranın dəstəklədiyi Hizbullah qrupu ilə əlbir olan bu qrup Bəhreyndə bir sıra hücumlar törətməyi planlaşdırırmış.

Bu bəyanat yanvarın 2-də Ər Riyadda şiə xadiminin edamına görə İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin gərginləşdiyi dövrə təsadüf edir.

Buna görə, Səudiyyə Ərəbistanının İrandakı səfirliyi yandırılıb.

Səudiyyə hökuməti isə bundan sonra İranla diplomatik münasibətləri dayandırıb.

Həmçinin bir sıra ərəb ölkələri bunun ardınca İrana qarşı eyni addım atıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG