Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:07

“Əgər bu sınaq təsdiqlənsə bu, Pxenyanın nüvə silahını inkişaf etdirməsi iqstiqamətində yeni addım olacaq və bu beynəlxalq qanunlar və BMT təhlükəsizlik Şurasının qətnamələrinin kobud şəkildə pozulması deməkdir.”

Bunu Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zakharova yanvarın 6-da Şimali Koreyanın nüvə sınağı keçirməsinə münasibət bildirərkən deyib.

Zakharova bildirib ki, Pxenyamın bu addımı Koreya yarımadasında onsuzda gərgin olan vəziyyəti daha da pisləşdirəcək.

Zakharova bildirib ki, biz bütün münaqişə tərəflərini maksimum səbrli olmağa və Şimal-Şərqi Asiyada gərginliyi artıra biləcək hərəkətlərdən çəkinməyə çağırırıq.

Qeyd edək ki, Pxenyan yanvarın 6-da yeraltı nüvə sınağı keçirib.

Sınağın keçirildiyi ərazidı 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG