Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:19

FİFA-nın baş katibi Jerome Valcke daha 45 günlük vəzifəsindən kənarlaşdırılıb.

Qərarı FİFA Etika Komitəsinin Arbitraj Palatası qərar qəbul edib.

Qeyd edək ki, Valcke bundan əvvəl 90 günlük vəzifəsindən gənarlaşdırılmışdı və bu müddət yanvarın 5-də bitirdi.

Baş katib 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında qanunsuz bilet satışında iştirakda şübhəli bilinir.

Amma o, ittihamı rədd edir.

FİFA-nın etika komissiyası yanvarın 5-də onun 9 il futboldan kənarlaşdırılması və 99 min dollar məbləğində cərimə edilməsini məsləhət görüb.

2015-ci ilin sonlarında FİFA ətrafında baş verən korrupsiya qalmaqalına görə, təşkilatın rəhbəri Zeep Blatter və UEFA prezidenti Michel Platini də daxil olmaqla bir sıra FİFA rəsmiləri işdən kənarlaşdırılıb və bir neçəsi barəsində cinayət işi açılıb.

Buna görə təşkilatın Sürixdəki baş ofisində yoxlama aparılıb, komputer və sənədlər götürülüb.

İlk istintaq ABŞ-da , sonra isə İsveçrədə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG