Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:53

DİN-in Baş İdarəsində qadın öldü


Polis
Polis

-

Yanvarın 6-da səhər saatlarında Daxili İşlər Nazirliyinin Təchizat İdarəsində ölüm hadisəsi baş verib.

Şahidlərin APA-ya dediyinə görə, 45 yaşlı Təranə Cəfərova binadan düşərək ölüb.

Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsindən faktı təsdiqləyiblər. Bildirilib ki, həlak olan Təranə Cəfərova Təchizat İdarəsində xadimə işləyib. Onun binanın pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılaraq öldüyü güman edilir.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Təchizat İdarəsi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə eyni binada yerləşir.

XS
SM
MD
LG