Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:38

-

Ukrayna Rusiyanın terrorçuluğu dəstəklədiyini deyərək bu ölkəni BMT məhkəməsinə verəcək. Bunu Ukraynanın “5-ci kanal”ına müsahibəsində ədliyyə naziri Pavel Petrenko deyib.

Nazirin sözlərinə görə, Ukrayna artıq gərəkən sübutları toplayıb. Rusiya tərəfi ilə məhkəməöncəsi danışıqlar bitəndən sonra Kiyev sənədləri məhkəməyə təqdim edəcək.

Ötən yay baş nazir Arseniy Yatsenyuk Ədliyyə Nazirliyinə tapşırıb ki, Moskvaya qarşı maksimum iddialar qaldırılması üçün dünyanın ən yaxşı hüquqşünasları cəlb olunsun.

Kiyev Moskvanı Krımın ilhaqında, Donbasda münaqişənin qızışdırılmasında ittiham edir. Rusiya ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG