Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:57

Ötən il yol qəzalarına görə daha az sığorta ödənilib


Foto illüstrasiya

Foto illüstrasiya

-

Ötən il təxminən 19 min yol qəzası olub və buna görə təxminən 22 milyon 700 min manat sığorta ödənişi verilib.

İcbari Sığorta Bürosunun saytında yayılan xəbərə əsasən, Büroya qatılan şirkətlərdən 18 min 673 sığorta tələbi gəlib. Eyni zamanda bu da bildirilir ki, zədələnən, azı, 17 min nəqliyyat vasitəsinə 20 min manatdan çox vəsait ödənilib.

Əmlaka dəyən zərər üçün (təxminən 460 hadisə) 650 min, sağlamlığa dəyən zərərə görə bütövlükdə 760 min manat (620-yə yaxın olay) ödənilib.

Ötən il yol qəzalarında ölən 260 nəfərə 1 milyon 300 min manat sığorta vəsaiti verilib.

2014-cü il illə müqayisədə ötən il sığorta tələblərinin sayında 10%, sığorta ödənişi məbləğində isə 15% azalma gözə çarpıb.

2015-ci ildə nəqliyyat vasitəsinə dəyən zərərə görə orta sığorta ödənişi 1155 manat olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG