Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:02

Kate xanım Britaniyada üçqat "ən yaxşı romançı" adı aldı


Kate Atkinson
Kate Atkinson

-

Ən yaxşı şair mükafatı isə "40 sonet" adlı kitabın müəllifinə "sonetin ənənəvi formasıyla razılaşmayan yüksək dərəcədə eksperimental şeirlərinə görə" verilib.

Costa Kitab Mükafatının 2015-ci il qalibləri məlum olub

Bu mükafat hər il 5 kateqoriya üzrə - ilin ən yaxşı romanı, ilin ən yaxşı debüt romanı, bioqrafiya kitabı, poeziya kitabı, uşaq kitabına görə Birləşmiş Krallıq (UK) və İrlandiya vətəndaşı olan, ingiliscə yazan yazarlara verilir.

Roman kateqoriyasında üçüncü ildir ki, Kate Atkinson (1951-ci ildə doğulub) qalib gəlir.

K.Atkinson bu dəfə A God in Ruins” romanına görə seçilib. Münsiflər bu kitabı “dahiyanə kitab” adlandırırlar.

Atkinson bu mükafatı bir dəfə 1995-ci ildə Behind the Scenes at the Museum” romanına görə, ikinci dəfə isə 2013-cü ildə “Life After Life” (həmin nəşriyyat) romannına görə alıb.

Costa mükafatının Debüt roman kateqoriyasında isə Andrew Michael Hurley'nin The Loney” romanı qısa siyahıdakı digər romanlara qalib gəlib.

Costa Bioqrafiya kitabı kateqoriyası da maraqlı bir kateqoriyadır. Bu kateqoriya həm bioqrafiyanı yazan, həm də haqqında yazılan adama işıq salır.

Andrea Wulf bu il bioqrafiya kitabı kateqoriyasında qalibdir. Bəs o, kimin haqqında yazıb? Qalib olan “Təbiətin kəşfi: Elmin itkin qəhrəmanı Alexander Von Humboldt'un səyahəti" kitabını o, rus səyyahı, coğrafiyaşünası və təbiətşünası Von Humboldt haqqında yazıb.

1769 -1859-cu illər arasındıa yaşamış bu rus səyyahı Darvin kimi bir alimin ilham qaynağı olub. O, bəşəriyyətin təbiətə vuracağı ziyanı bir neçə əsr qabaqcadan görüb.

Costa Şeir mükafatının qalibi bu il şair Don Paterson’dur, “40 sonet” ("Faber and Faber" nəşriyyatı) kitabına görə. Münsiflərin bəyanatına görə, "bu şeir kolleksiyasına sonetin ənənəvi formasıyla razılaşmayan yüksək dərəcədə eksperimental şeirlər daxildir."

Paterson, öz şeirlərinə görə, bir çox mükafatlar alıb, hətta TS Eliot Mükafatını iki dəfə qazanmış yeganə şair olması hörmətlə qeyd olunur.

Nəhayət, Costa Uşaq kitabı mükafatı France Hardinge adlı bizim uşaqlara məlum olmayan yazıçının yeddinci uşaq romanına görə verilib.

Hər bir qalib 5 min funt sterlinqlə mükafatlandırılır. Münsiflərin seçdiyi bu qaliblərdən əlavə, yanvarın sonları keçirilən mükafatlandırma mərasimində indi davam etməkdə olan ictimaiyyətin onlayn səsverməsi ilə seçilmiş ən yaxşı hekayə də elan edilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG