Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:51

Pxenyan hidrogen bombasını sınayıb


Nüvə sinaqları qonşu Cənubi Koreyada həyəcanla izlənir.

Nüvə sinaqları qonşu Cənubi Koreyada həyəcanla izlənir.

-

Şimali Koreya elan edib ki, kiçik hidrogen bombasını uğurla sınaqdan keçirib. Daha öncə bir neçə dövlət yanvarın 6-da nüvə sınağı sahəsində zəlzələ hiss edildiyini bildirib.

Təsdiqlənsə, bu, Şimali Koreyanın BMT sanksiyalarını dördüncü dəfə pozması, həmçinin nüvə silahı hazırlamağa doğru böyük bir addım demək olacaq.

BMT-nin Təhlükəsizlik Şurası, Cənubi Koreya və Yaponiya çərşənbə gününə fövqəladə iclas təyin edib. Yaponiyanın baş naziri Shinzo Abe bu sınağı şiddətlə pisləyib və “ölkənin təhlükəsizliyinə tamamilə qəbuledilməz hədə” adlandırıb.

Şimali Koreya, Birləşmiş Ştatlar “təcavüzkar mövqeyini” saxladıqca, nüvə proqramından əl çəkməyəcəyini bildirir. Pxenyan ABŞ-a çatmaq qabiliyyətində olan raketlərə quraşdırmağa döyüş başlıqları əldə etməyə çalışır.

Bu rejim bildirir ki, məsuliyyətli nüvə dövləti kimi davranacaq, suverenliyi pozulmayınca silahlardan istifadə etməyəcək və ya nüvə bacarıqlarını üçüncü tərəfə ötürməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG