Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:03

-

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov Trend-ə deyib ki, 2016-cı ildə bahar Azərbaycana martın 20-də Bakı vaxtilə 08:30-da qədəm qoyacaq. Buna görə də həmin gün Novruz bayramı hesab olunacaq.

Martın 20-də də gecə və gündüz bərabərləşəcək.

Nazirlər Kabinetinin qərarına əsasən, bu il martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramıdır.

Əmək Məcəlləsinə əsasən, 2016-cı ildə Novruz bayramı günlərində martın 20-si bazar gününə düşdüyü üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək və martın 25-i qeyri-iş günü olacaq. Martın 26 və 27-si şənbə və bazar günlərinə təsadüf etdiyindən Novruz bayramında 8 gün – martın 20, 21, 22, 23, 24, 25, 26 və 27-si qeyri-iş günü olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG