Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:11

-

Tvitter sosial şəbəkəsi işarə sayına qoyduğu məhdudiyyəti qaldırmağı düşünür. Bu, 300 milyondan çox istifadəçiyə daha geniş ifadə imkanı verəcək.

Texnologiya xəbərləri saytı olan Re/Code yanvarın 5-də yazıb ki, tvitter işarə sayının 140-dan 10 minə artırılmasını nəzərdən keçirir. On ildir bu sosial şəbəkədə 140 işarəlik limit mövcuddur.

Şirkət elə bir versiya üzərində işləyir ki, mesajda yalnız 140 işarə görünsün, ancaq tvitin üstünə basanda davamı çıxsın.

Məqsəd Tvitterin istifadəçi bazasını, reklamdan satışını və digər gəlirlərini artırmaqdır. Tvitter ötən ilin üçüncü rübündə 132 milyon dollar itirib.

Tvitter bu planı barədə rəsmi açıqlama yaymayıb. Ancaq şirkətin həmtəsisçisi Jack Dorsey 1325 işarəlik tvit yerləşdiməklə dəyişiklik baş verəcəyini bir növ təsdiqləmiş olub.

Dorsey həmin postda yazıb ki, tvitlərdən çoxu “qısa və şirin” olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG