Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:57

-

İran yeni yeraltı ballistik raket bunkerini nümayiş etdirib. Dövlət mediası yanvarın 5-də bildirib ki, yeraltı bazanı parlamentin spikeri Ali Larijani açıb. Bunkerdə Emad raketləri nümayiş olunub.

İran ötən ilin oktyabrında Emad raketini sınaqdan keçirib. BMT ekspertləri belə bir nəticəyə gəlib ki, Tehran bununla Təhlükəsizlik Şurasının qətnaməsini pozub. Tehranın ballistik raket sınağı keçirməsi qadağan olunub.

Obama administrasiyası raket sınağına yeni sanksiyalarla cavab verəcəyini deyib.

“Sanksiyalardan istifadəyə tam hazırıq, bəzi texniki məsələlər üzərində işləyirik”, Dövlət Departamentinin sözçüsü John Kirby yanvarın 5-də deyib.

Tehran oktyabrda nəhəng yeraltı raket deposunu nümayiş etdirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG