Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:50

-

Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun prokurorluq orqanlarından istefa verən oğlu Rüfət Səfərov Baş Prokurorluğa çağırılıb.

Bu barədə Səfərov Facebook profilində yazıb. O bildirib ki, Baş Prokurorluqdan ona icraatında olan bir neçə material və cinayət işində qanunazidd hallar müəyyən edildiyi bildirilib: “Odur ki, izahat vermək zərurəti yaranıb”.

Rüfət Səfərov qeyd edir ki, izahatı alınmamış rayon prokurorluğundan xaric olunmağı barədə hazır əmri təqdim olunanub, bundan sonra ondan izahat istəmək qanuna sığmır. O, çağırışa cavab verməyəcəyini, Baş Prokurorluğa getməyəcəyini bəyan edir.

Rüfət Səfərov ötən il dekabrında gördüyü qanunsuzluqlara görə Zərdab rayon prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdiyini mətbuata açıqlamışdı.

Baş Prokurorluğun mətbuat xidməti Rüfət Səfərovun "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunduğunu bildirib.

Bundan sonra Baş Prokurorluğun müvafiq komissiyası Zərdab rayon prokurorluğunun fəaliyyətini kompleks şəklində yoxlamağa başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG