Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:39

Çin nəşriyyatı hind şairi Taqorun kitablarını satışdan yığışdırır


Rabindranath Tagore
Rabindranath Tagore

-

Hindistan ədəbiyyat adamları bir çinli naşiri kəskin tənqid atəşinə tutublar.

Çinli naşir görkəmli hind şairi, Nobel mükafatını almış ilk qeyri-avropalı (1913) Rabindranat Taqorun əsərlərini çinli tərcüməçi və yazıçı Feng Tang’ın tərcüməsində nəşr edərək, satışa çıxarıb. Hindistanlılarsa oxuyub qəzəbləniblər; tərcümələr nəinki orijinaldan uzaqdır, tərcümələr “həddindən artıq vulqardır.”

Ən çox tənqid doğuran cümlələrdən biri R.Taqorun “Dünya ənginlik maskasını öz sevgilisi qarşısında çıxarır” cümləsini tərcüməçi Feng Tang’ın "Dünya öz şalvarının zamokunu sevgilisi qarşısında açır” kimi tərcümə etməsidir.

Çinin sözügedən nəşriyyatı (“Zhejiang” nəşrlər evi) isə cavabında Taqorun həmin “Sərsəri quşlar” adlı tərcümə kitabını satışdan yığışdırmağa başladığını, "tərcümələri yenidən nəzərdən keçirəcəklərini" bəyan edib.

Rabindranat Taqora Hindistanda ədəbiyyat dühası kimi ehtiram edilir.

XS
SM
MD
LG