Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:08

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın pravoslav-xrisitan icmasını müqəddəs Milad bayaramı münasibəti ilə təbrik edib.

Dövlət başçısının təbrikində Azərbaycanın dünyada tolerantlığa nümunə olduğu, sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanı kimi tanındığını bildirilir.

Təbrikdə daha sonra bildirilir ki, ölkədə yaşayan müxtəlif xalqların milli-mənəvi, dini-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlamaq və inkişaf etdirmək üçün demokratik şərait var:

“Cəmiyyətimizin ayrılmaz üzvləri olan xristian həmvətənlərimiz millətlərarası və dinlərarası münasibətlərə öz layiqli töhfələrini verərək ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edirlər”, deyə İ.Əliyev bildirib.

Son olaraq, dövlət başçısı bir daha xristian icmasını bayram münasibətilə təbirk edərək edib və xoşbəxtlik diləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG