Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:25

“İslam Dövləti” qrupu son 48 saat ərzində İraqın şimal-qərbindəki Haditha şəhəri ətrafındakı bir sıra rayonlara hücum edib.

ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiya hücumların qarşısının alındığını və 100-dən çox yaraqlının öldürüldüyünü xəbər verir.

Qeyd edək ki, kolaisiya qüvvələri yalnız hava əməliyyatlarında iştirak edir.

İraq hökumətinin məlumatına görə, təkcə quru əməliyyatlarında azı 25 yaraqlı öldürülüb.

İraq hökuməti yaraqlıların Saxrana kəndini ələ keçirdiklərini bildirir.

Qeyd edək ki, yaraqlılar bundan əvvəl Anbar əyalətinin paytaxtı Ramadidən çıxarılıb.

Hazırda İraq və Suriyanın bir sıra bölgələri “İslam Dövləti” qrupunun nəzarətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG