Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:20

“Bölgədəki son gərginliyinsülh və sabitliyə əngəl olmaması üçün bütün tərəflərsoyuq başla hərəkət etməli və diplomatik kanalları işə salmaq lazımdır”.

Bunu Türkiyənin xarici işlər naziri Ahmet Davutoglu yanvarın 5-də parlamentdə həftəlik çıxışında deyib.

O ölkəsinin əməli yardım təklif etməyə hazır olduğunu bildirib və qeyd edib ki, regiona yeni toqquşmalar yox, sülh lazımdır.

Davutoglu həmçinin İranla Səudiyyə Ərəbistanını iki ölkə arasındakı gərginliyi azaltmağa çağırıb.

O qeyd edib ki, müsəlman dünyasında vacib ölkələrdən olan bu iki dövlər arasındakı mövcud gərginlik bölgədəki gərginliyi daha da artıra bilər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanın şiə xadimi və müxalifətçi Sheikh Nimr-al Nimribu günlərdə edam elməsindən sonra bu ölkənin Tehrandakı səfirliyinə hücum edilib.

Bundan sonra Səudiyyə Ərəbistanı yanvarın 4-də İranla diplomatik münasibətləri dayandırıb.

Həmçinin Bəhreyn və Sudan eyni addım atıb.

Birləşmiş Ərəb Əmirlikləri isə İranla əlaqələrin azaldıldığını bəyan edib.

Həmçinin Küveyt yanvarın 5-də İrandakı səfirini geri çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG