Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:28

Yanvarın 5-də Bakı Ağir Cinayətlər Məhkəməsində ötən ilin yayında döyülərək öldürülən jurnalist Rasim Əliyevin işi üzrə məhkəmə prosesinə hazırlıq iclası keçirilib.

AzadlıqRadiosunun əməkdaşı xəbər veriri ki, mərhumun valideynlərinin nümayəndəsi Fariz Namazlı və Əsabəli Mustafayev məhkəmədə işin ibtidai istintaqa qaytarılması və həkimlər, tibb bacıları, Rasim Əliytevin atası və onu xəstəxanada son dəfə görənlərin əlavə şahid qismində dindirilməsi ilə bağlı 2 vəsatət qaldırıblar.

Birinci vəsatət təmin olunmayıb, İkinci vəsatət isə baxılmamış saxlanıb.

Məhkəmə baxışı yanvarın 12-nə təyin edilib.

Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev jurnalisti döyərək öldürməkdə ittiham olunurlar.

Rasim Əliyev avqustun 8-də paytaxtın Bayıl qəsəbəsində bir qrup şəxs tərəfindən döyüldükdən 1 gün sonra Kliniki Tibbi Mərkəzdə keçinib.

Faktla bağlı qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb.

Faktla bağlı “Qəbələ” klubunun keçmiş kapitanı Cavid Hüseynov da saxlanılıb.

O, ağır cinayətin hazırlanması və ya törədilməsini bilərək xəbər verməmə və ağır cinayəti gizlətmə maddələri ilə ittiham edilir.

Amma sonradan bu iş ayrıca icraata götürülüb.

Adı sadalanan beş nəfər Rasim Əliyevi facebook səhifəsində Cavid Hüseynov haqqında yazdığı fikirlərə görə döyüblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG