Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:06

-

Facebook profillərinin iş axtaranlara önəmli təsiri varmış. Səliqə-sahmanlı profil, diqqətçəkən profil şəkli işə qəbul şansını artırırmış.

Belçikanın Gent Universitetində aparılan araşdırma belə düşünməyə əsas verir.

Həmin universitetin professoru Stijn Baert öz komandası ilə işə qəbul zamanı Facebook profilinin rolunu incələyiblər.

Yeddi ay sürən araşdırma çərçivəsində 2 min 112 CV müxtəlif vakansiyalara göndərilib.

İlk mərhələdə CV-lərə foto yerləşdirilməsə də, işə qəbul olmaq istəyənlərin Facebook profilləri açılıb. Cəlbedici bir profilə və profil şəklinə sahib namizədlər digərlərindən 21 faiz çox diqqət çəkiblər. Üstəlik, belə namizədlər səliqəsiz və dağınıq profil şəkilli namizədlərdən 40 faiz çox müsahibəyə çağrılıblar.

Araşdırmanın ikinci mərhələsində profil fotoları da CV-lərə artırılıb və yenə boş iş yerlərinə baş vurulub. Yenə eyni nəticə alınıb: Profil fotosunu düzgün seçən namizədlər uğur qazanıblar.

İşəgötürənlər Facebook şəkillərini daha dürüst ipucu sayırlar, çünki insanların çoxu Facebook profillərində təbii hallarını paylaşır. Həmin profillər onların şəxsiyyəti və həyata baxışı haqqında da bəlli təsəvvür yaradır.

Araşdırıcılar mavi paltarlı, gülümsəyən, pozitiv ovqat ötürən profil fotolarının ayrıca diqqət çəkdiyini vurğulayırlar. Tünd və yaşıl geyimlərin, qəmgin üz ifadəsinin, neqativ jestlərin (məsələn, əli üzə tutmağın) işəgötürənlərdə mənfi fikir yaratdığı bəlli olub. Araşdırma parkda çəkilmiş fotoların da uyğun olmadığını ortaya çıxarıb.

Şərhləri göstər

XS
SM
MD
LG