Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:58

-

Mendeleyev cədvəli kimi tanınan kimyəvi elementlər cədvəlinə 4 yeni element salınıb. Bu barədə Beynəlxalq Nəzəri və Tətbiqi Kimya Birliyi məlumat yayıb.

Bu elementlər bir neçə il öncə kəşf olunub, ancaq ekspertlər məlumatları dəqiqləşdirirdilər. 113, 115, 117 və 118 saylı elementlərin hələlik daimi adı yoxdur. Alimlər bu barədə daha sonra düşünəcəklər.

115, 117 və 118 saylı elementləri Rusiya və Amerika alimlərindən ibarət tədqiqat qrupu kəşf edib. 113 isə Yaponiya alimləri tərəfindən aşkarlanıb.

Rusiyalı alim Dmitry Mendeleyev bu cədvəli 19-cu əsrin ortalarında tərtib edib. İlkin variantına 63 element daxil idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG