Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:38

«Qadağa dərmanlara aid deyil» - Nazirlik


Aptek
Aptek

-

Səhiyyə Nazirliyinin 844 adda dərman preparatını qadağan etməsi barədə xəbər ölkədə birmənalı qarşılanmayıb. Həmin siyahıda insanların gündəlik istifadə etdiyi dərmanların («Otipaks», «Ketotifen», «Parasetamol», «Baralgin», «Spazmalqon», «Ampisid», «Vişnevski» mazı, «Streptosid», yod və s.) olması əhalidə çaşqınlıq yaradıb.

«Dərmanların qadağası ilə bağlı mətbuatda yayılan siyahı tamamilə yanlışdır və siyahıda adı göstərilən dərmanlar qadağan edilməyib», - deyə Səhiyyə Nazirliyi Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov modern.az-a açıqlamasında bildirib.

Nazirlik rəsmisinə görə, siyahıda göstərilən dərman vasitələrinə yox, məhz göstərilən seriyalara qadağa qoyulub. Həmin dərmanların digər seriyaları da var və onlar satışdadır. P.Əzizbəyov deyib ki, siyahıda adları göstərilən dərman vasitələri seriyaları ölkəyə rəsmi icazəsiz idxal edildiyi üçün qadağan olunub. Belə ki, siyahıda göstərilən seriyalar nazirliyin laboratoriyasından keçmədiyi üçün həmin seriyalara qadağa tətbiq edilir.

XS
SM
MD
LG