Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:05

-

Türkiyənin ali dini qurumu olan Diyanət Vəqfi bildirib ki, nişanlı cütlüklər əl-ələ gəzə, eləcə də nişanlı olduqları müddətdə birlikdə uzun zaman keçirə bilməzlər. Bu barədə «Doğan» xəbər agentliyinə istinadla «Hurriyet» qəzeti yazır.

Diyanət Vəqfi bildirir ki, «cütlüklərin valideynlərin icazəsiylə, yaxud onlardan xəbərsiz görüşməsi arzuolunmaz insidentlərə – eşqbazlığa, birgə yaşayışa, yaxud bir-birilə baş-başa qalmağa yol aça bilər. Bu isə söz-söhbət yaradır. İslam əl-ələ tutmağı da qadağan edir».

Qurum cütlükləri nişanlı olduqları müddəti İslam normalarına uyğun başa vurmağa çağırır, həmçinin onları rəsmi nikah kəsilmədən kəbinlə yaşamaqdan çəkindirir.

Daha öncə Diyanət Vəqfinin tualet kağızından istifadə, alkoqollu məhsullarla bağlı qərarları mübahisə doğurub.

İRAN-SƏUDİYYƏ BÖHRANI ƏN TƏHLÜKƏLİ HƏDDƏDİR

İranla Səudiyyə Ərəbistanının münasibətləri son 30 ildə ən pis səviyyəyə düşüb. Bunu Körfəz üzrə təhlilçi Kristian Coates Ulrichsen BBC-də yazır.

Səudiyyə və İran bayraqları.

Səudiyyə və İran bayraqları.

Diplomatik münasibətlər Səudiyyədə şiə ruhanisi Nimr al-Nimr-in edamından sonra kəsilib.

«İndiki böhran 1980-ci illərdəki kimi təhlükəlidir. 1988-1991-ci illərdə diplomatik münasibətlər dayandırıldı. 1979-cu il İran inqilabı və 1980-1988-ci illər İran-İraq müharibəsindən sonra belə bir böhran yaşandı. Səudiyyə Ərəbistanı və Körfəz Əməkdaşlıq Şurası (GCC) İraq lideri Saddam Hussein-i dəstəklədi və gəmiləri İranın hücumlarına tuş gəldi. 1984-cü ildə isə Səudiyyə İran qırıcısını sərhədi keçdiyini deyərək, vurdu»

Müəllif yazır ki, indiki böhranda hələlik birbaşa qarşıdurma yaranmasa da, gərginlik 3 səbəbdən 1980-ci illəri xatırladır. Birincisi, məzhəb siyasətidir ki, bu siyasət Yaxın Şərqi şiə və sünnilərə parçalayıb. İranla Körfəz qonşuları arasında dərin inamsızlıq mövcuddur.

İkincisi, Körfəz ölkələri son 4 ildə xarici siyasətlərini İranın regional münaqişələrə «qarışmasına» cavab olaraq qurur. Onlar Obama administrasiyasının Yaxın Şərqdə niyyətlərinə də skeptik yanaşırlar. Körfəzdə çoxları üçün İran təhlükəsi nüvə proqramıyla bağlı deyil, əsl təhlükə bu ölkənin «Hizbullah» kimi silahlı qruplaşmalara, Yəməndə husilərə dəstək verməsidir.

Və nəhayət, sonuncusu, Səudiyyə Ərəbistanı ilə İranın diplomatik münasibətlərinin pozulması azından indilik, Yəməndə və Suriyada müharibələri bitirməyi hədəfləyən regional səylər üçün əcəl zəngi kimi səslənir.

Müəllif bu iki nüfuzlu oyunçusuz həm Yəməndə, həm də Suriyada sülh cəhdlərinin alınmayacağını yazır.

Tehranda Səudiyyə səfirliyinin yandırılması.

Tehranda Səudiyyə səfirliyinin yandırılması.

«İRAN DƏLƏDUZ DÖVLƏTDİR»

«İranda səfirliyin yandırılması bir daha göstərdi ki, İran dələduz, təhlükəli, qeyri-hüquqi dövlət olaraq qalır». «Newsweek»də Elliott Abrams yanvarın 3-də Tehranda Səudiyyə Ərəbistanı səfirliyinin yandırılmasından yazır və xatırladır ki, 2011-ci ilin noyabrında hədəfdə Britaniya səfirliyi idi. Onlarla gənc Tehrandakı səfirliyə girib, «Molotov kokteylləri» atıb, sənədləri yandırıb. Birinci dəfə belə hadisə isə 1979-cu ildə ABŞ səfirliyində baş verib, əməkdaşlar girov götürülüb.

«İran polis dövlətidir, «etirazçılar»ın və ya «tələbələr»in səfirlik binalarına girməsini önləmək üçün kifayət qədər qüvvəsi var. Səfirlik binalarını hökumət qorumalıdır… Əslində, heç vaxt bilməyəcəyik ki, həmin «etirazçılar»ın nə qədəri İnqilab Qvardiyasının hazırladığı «könüllülər» –bəsicilər idi».

«Yanvarın 3-də baş verənlər göstərdi ki, İran sivil diplomatik qaydalarla yaşamaqdan imtina edir və nüvə sazişi imzalanandan davranışı yaxşılaşmayıb, əksinə, pisləşib. Sabah kimsə Tehranda ABŞ səfirliyi açmağı təklif etsə, bugünkü insidenti yada salsın. İslam Respublikası hələ də səfirliklərin işğalına mümkün siyasi alət kimi baxır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG