Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:54

-

ABŞ Prezidenti Barack Obama yanvarın 4-də silahlara nəzarətlə bağlı planını açıqlayıb. Bütün silah satıcılarından tələb olunur ki, diler kimi qeydiyyatdan keçsinlər və potensial alıcılar barədə ön tarixçə toplasınlar.

Obama bu planı respublikaçıların idarə etdiyi Konqresin razılığı olmadan həyata keçirəcək. Konqres kütləvi atışmaların artmasına baxmayaraq, silahlara nəzarət məsələsinə baxmaqdan imtina edib.

Obama yeni qaydaların onun prezident kimi konstitusion səlahiyyəti çərçivəsində olduğunu bildirib. Ancaq görünür, bu, builki prezident seçkisində əsas məsələlərdən olacaq.

Bundan sonra silah sərgilərində, yarmarkalarda, eləcə də onlayn silah satanların da silah deilri kimi qeydiyyatdan keçməsi tələb olunacaq.

“Bu plan ölkədə zorakı cinayətlər problemini həll edə bilməyəcək. Ancaq həyatları xilas edəcək”, Obama deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG