Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:05

“Suriya sülh prosesi ziyan görməyəcək”


İraqda şiə ruhanisi Moqtada al-Sadr tərəfdarları Səudiyyədə Nimr al-Nimr-in edamına etiraz edir

İraqda şiə ruhanisi Moqtada al-Sadr tərəfdarları Səudiyyədə Nimr al-Nimr-in edamına etiraz edir

-

Səudiyyə Ərəbistanı İranla münasibətlərin kəsilməsinin Suriyada sülh danışıqlarına ziyan vurmayacağını bildirir.

Yanvarın 4-də Suriya müxalifət qrupu bütün ərəb ölkələrini Səudiyyədən nümunə götürüb İranla diplomatik münasibətləri kəsməyə çağırıb. Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Sudan Tehranla münasibətləri ya kəsib, ya da miqyasını kiçildiblər.

BMT-nin Baş katibi Ban Ki-Moon, Birləşmiş Ştatlar və Britaniya yanvarın 4-də Səudiyyə-İran münaqişəsinin məzhəblərarası parçalanmanı daha da pisləşdirəcəyindən narahatlıq ifadə edib.

Şiə ruhanilərin başçılıq etdiyi İran rejimi Suriya prezidenti Bashar al-Assad-a dəstəkləyir.

“Suriya və Yəməndə sülh cədlərinə dəstək verməkdə davam edəcəyik, biz tərəfdən problem olmayacaq”, Səudiyyənin BMT-dəki səfiri Abdallah al-Mouallimi yanvarın 4-də deyib. Onun sözlərinə görə, Səudiyyə “növbəti Suriya danışıqlarına qatılacaq və İrana görə onları boykot edən deyil”.

“İranlılar hələ diplomatik münasibətlər kəsilməmişdən prosesi elə də dəstəkləmirdilər, sülh cəhdlərinə çox da müsbət yanaşmırdılar”, Mouallimi deyib.

XS
SM
MD
LG