Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:37

-

Rusiyada FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir başlayıb.

AFFA-nın facebook səhifəsində yerləşdirilən məlumata görə, yanvarın 4-də Azərbaycan U-17 yığması ilk oyununda Latviyanın U-19 komandası ilə qarşılaşıb.

Oyun 1:1 hesabı ilə başa çatıb.

Matçdan sonra yığmanın baş məşqçisi Təbriz Həsənov bildirib ki, birinci oyunda hər zaman həyəcan, gərginlik olur. “Digər tərəfdən, futbolçularımız ilk dəfədir ki, belə turnirdə iştirak edirlər. Növbəti oyunda daha yaxşı çıxış edəcəyik”, - baş məşqçi söyləyib.

Növbəti oyun yanvarın 6-da, Bakı vaxtı ilə saat 17:30-da Bolqarıstanın U-19 komandasına qarşı keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG