Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:25

-

Yeni ilin ilk günlərindən şimal bölgəsinə yağan qar nəqliyyatın işini iflic edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba Regional Hidrometeorologiya İdarəsindən "Report"a verilən məlumata görə, ən çox qar Qrız kəndinə düşüb - 84 sm qalınlığında.

Xınalıq və Ləzə kəndlərində qarın qalınlığı 70, Quba şəhərində isə 47 sm-dir. Temperatur -21 dərəcəyə enib.

Qar bütün yollarda, o cümlədən Quba-Xınalıq, Quba-Qonaqkənd və Quba-Tüləkəran-Zeyid Buduq yollarında problemlər yaradıb. Yolların bağlı olması səbəbindən bu kəndlər istiqamətində gedən avtomobillər geri qayıtmaq məcburiyyətində qalır.

Əraziyə Quba rayon 6 saylı Yol İstismar İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Səkkiz kəndə gedən yol bir neçə dəfə açılsa da, qar uçqunları səbəbindən yollar yenidən bağlanıb.

Güclü qar Quba avtovağzalının işində də çətinliklər yaradıb. Avtovağzalın növbə rəisi Rəhman Dadaşov bildirib ki, 30-dan artıq kəndlə, eləcə də Xudat şəhəri ilə marşrut əlaqəsi kəsilib.

Hidrometeoroloqlar şaxtalı havanın hələ 2 gün davam edəcəyini proqnozlaşdırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG