Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:11

Liviyanın şimalında yanvarın 4-də təhlükəsizlik qüvvələri ilə “İslam Dövləti” qrupunun yaraqlıları arasında toqquşma olub.

Yaraqlılar As Sadr liman şəhərindəki neft idxal edən terminala hücum ediblər.

Təhlükəsizlik qüvvələrinin iki əməkdaşı və 10 yaraqlının öldürüldüyü bildirilir.

Yaraqlılar hücum zamanı iki minalanmış maşını partladıb,mərmilərdən birinin neft çəlləyinə dəyməsi nəticəsində böyük yanğın baş verib.

Orunun məlumatına görə yaraqlılar geri çəkilməli olublar.

FRance-Press agentliyi həmçinin islamçı yaraqlıların Ras- al Anuf şəhərinə hücum etdiklərini xəbər verir.

Hazırda Liviyanın Sirt şəhəri yaraqlıların nəzarətindədir.

Son həftələr onlar ölkənin şərqindəki neft obyektlərini ələ keçirməyə cəhd göstərirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG