Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:33

Yerevan məhkəməsi yanvarın 3-də “Yeni Ermənistan” hərəkatının üzvü Gevorg Safaryan barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.

O yenil axşamı hakimiyyət nümayəndələrinə qarşı zor işlətməkdə ittiham olunur.

Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb.

Vəkil Tigran Ayrapetyanın sözlərinə görə Safaryan elə məhkəmə zalında aclıq aksiyasına başladığını elan edib.

Vəkil deyir ki, Safaryan bundan əvvəl aprelin 24-də kütləvi iğtişaşlara hazırlaşmaqda da ittiham olunduğundan hakim belə bir qərar qəbul edib.

Xatırladaq ki, “Yeni Ermənistan” hərəkatının üzvləri Yeni İl axşamı Yerevanın mərkəzindəki Azadlıq meydanında yolka qurmaq istəyərkən polislə toqquşma baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG