Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:50

Messi ilk dəfə dünyanın ən yaxşı pleymeykeri hesab olunub.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2015-ci ilin ən güclü pleymekerlərinin siyahısını açıqlayıb.

Qurumun dünya ölkələrində olan nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə əsasən, Argentina yığması və “Barselona” klubunun oyunçusu, 4 dəfə Qızıl Top alan Lionel Messi karyerasında ilk dəfə ən yaxşı pleymeyker mükafatına layiq görülüb.

O, 168 xal toplayıb.

İkinci yerdə “Barselona”nın digər futbolçusu Andres İnyesta , 3-də isə “Yuventus”un keşmiş üzvü, hazırda “Nyu York Siti”nin formasını geyən Andrea Pirlo gəlir.

Siyahıda sonrakı yerləri Eden Azar və Kevin Debruyne, Yaya Ture ,Toni Kroos və Luka Modriç, Xames Rodriges və Xavyer Pastore tutublar.

Qeyd edək ki, ötən il bu mükafata Almaniya millisinin üzvü Toni Kross layiq görülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG