Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:42

Şengen "çat verdi"


Foto atxiv
Foto atxiv

►İsveç və Danimarka sərhəd yoxlamasını bərpa etdi

İsveç kütləvi qaçqın axınının qarşısını almaq üçün Danimarka ilə sərhəddə foto-nəzarət, yoxlama sistemi tədbiq edib.

Artıq yanvarın 4-dən Danimarkadan gələn bütün qatarlar, avtobus, bərə və digər nəqliyyat vasitələrində bu cür yoxlamalar aparılır.

Qeyd edək ki, İsveç 2015-ci ildə 160 min qaçqın qəbul edib ki, bu Almaniyadan sonra ən çox miqrant qəbul edən ikinci ölkədir.

Almaniya ötən il 1 milyondan çox qaçqın qəbul edib.

İsveç hökuməti artıq nəzarətdən çıxmış yeni qaçqın axınının öhdəsindən gələ bilmədiyini deyir.

İsveçin qərarından bir neçə saat sonra Danimarka da yanvarın 4-dən Almaniya ilə sərhəddə eyni tədbirlər tətbiq edib.

Almaniya bəyan edib ki, yeni sərhəd məhdudiyyətləri Avropanın vizasız Şengen sistemini təhlükə altında qoyur.

Qeyd edək ki, Ötən ildən Yaxın Şərq və Şimali Afrika ölkələrindən Avropa Birliyi ölkələrinə kütləvi qaçqın axını başlanıb.

Onların əksəriyyəti Suriya, İraq və Əfqanıstandandır.

Həmçinin bax

Almaniya məktəblərini miqrantlara açıb
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

XS
SM
MD
LG