Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:28

İran-Səudiyyə gərginliyi Azərbaycana nə vəd edir?


Iran -- Səudiyyə səfirliyi önündə etiraz aksiyası, 2 yanvar, 2015.
Iran -- Səudiyyə səfirliyi önündə etiraz aksiyası, 2 yanvar, 2015.

►Mütəxəssislər bu gərginliyin nefti elə də bahalaşdırmayacağını düşünürlər

Azərbaycan da daxil, iqtisadiyyatı neftdən asılı ölkələr İranla Səudiyyə Ərəbistanı arasındakı gərginliyi ayrıca maraqla izləyir və təbii bir suala cavab axtarırlar: Bu iki dövlərin çox gərgin münasibətləri neftin qiymətini artıracaqmı?

Sözügedən münaqişə neftin qiymətini cüzi bahalaşdırsa da, ekspertlər qiymət artımının davamlı olmayacağını düşünürlər.

İqtisadçı ekspert Elxan Mikayılovun fikrincə, gərginlik dərinləşib-genişləndiyi halda qiymət artımı ola bilər:

“Bu ölkələr arasında siyasi gərginlik artsa, qiymət artımını gözləmək olar. Digər dövlətlərin, xüsusən Yəmənin Səudiyyə Ərəbistanına hərbi müdaxiləsi baş versə, qiymət təxminən 45 dollaradək arta bilər”.

Buna da bax: Azərbaycanlılar Türkiyədə son 3 ilə 500 şirkət açıblar

“Neftin qiyməti o vaxt kəskin artar ki...”

Natiq Cəfərli
Natiq Cəfərli

Ekspert uzunmüddətli perspektivdə ciddi artıma inanmır:

“Axı dünya bazarına əlavə neft ixracı təklifin tələbi üstələməsinə gətirib çıxaracaq. Bu da uzunmüddətli perspektivdə qiymətləri aşağı salacaq. Ancaq yenə deyirəm ki, bu ölkələr arasında münaqişə dərinləşib, hərbi münaqişə səviyyəsinə çatsa, neftin qiyməti kəsin arta bilər”.

Ekspert xatırladır ki, Səudiyyə Ərəbistanı gündə 11.6 milyon barel neft çıxarır və bu göstəriciyə görə ABŞ-dan sonra ikinci yerdədir:

“İransa günlük 3.4 milyon barel neft istehsal edir və 7-ci yerdədir. İkisi birlikdə günlük dünya neft hasilatının 19 faizini təmin edir”.

Buna da bax: Daş karxanalarına ikinci zərbə…

“Belə xaos da bazara təsir göstərməz...”

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, sözügedən ölkələr savaşmayacaq:

“İran daha ağıllıdır, indi hədəfləri başqadır. Səudiyyə isə sözəbaxandır, icazəsiz heç nə etməz”.

Onun qənaətincə, bu "söz davası" neft bazarına ciddi təsir göstərməyəcək:

“Müvəqqəti gərginlik yarada bilər, amma təsiri olmayacaq. Qiymət yenə düşəcək, çünki neft köklü iqtisadi məsələlərə görə dəyərdən düşür. İndi müharibələr neftə təsir etmir. Cəmi 6-7 il öncə İraqda, Suriyada, Yəməndə bu gün baş verən hadisələr olsaydı, neft 200 dolları keçərdi. İndi isə belə xaos da bazara təsir göstərmir”.

“Nə ruslar, nə də bizimkilər həvəsə düşməsin ki…”

Ekspert heç kimin neftin bahalaşmasına ümid bağlamamasını məsləhət görür:

“Ona görə, nə ruslar, nə də bizimkilər həvəsə düşməsin ki, müharibə olacaq, neft qalxacaq. Hətta bu baş versə belə, problemlər yerindəcə qalacaq. Çünki Rusiyanın da, bizim də əsas problemimiz aşağı neft qiymətləri deyil, eybəcər idarəetmə sistemidir. Sadəcə, aşağı neft qiymətləri prosesi sürətləndirdi. Sistemlərin "kosmetikasını" yudu və bütün eybəcərliklər dərhal üzə çıxdı”.

Səudiyyə-İran gərginliyinin neftin qiymətinə təsiri...
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

XS
SM
MD
LG