Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:58

Şəhərətrafı yollar buz bağlayacaq


Foto illüstrasiya
Foto illüstrasiya

-

Yanvarın 5-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Arabir tutulacaq, yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.

Gecə və səhər şəhərətrafı yollar buz bağlayacaq.

Yanvarı 5-də Azərbaycanın rayonlarında yağmursuz hava olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Bəzi qərb rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 4-9 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta olacağı gözlənilir.

XS
SM
MD
LG