Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:12

-

Özünü “Donetsk Xalq Respublikası” (DXR) adlandıran qurum Ukrayna tərəfi Donetsk aeroportunu atəşə tutmaqda ittiham edir. Separatçılar minaatanlardan, qumbaraatanlardan atəş açıldığını bildirir.

Donetsk xəbərlər agentliyinin məlumatına görə, yanvarın 4-də səhər iki saat ərzində Ukrayna hökumət mövqelərindən atəş açılıb.

Ukrayna ordusu isə öz növbəsində bildirib ki, separatçılar ötən sutka ərzində atəşkəsi 11 dəfə pozublar.

Ancaq Ukrayna hərbçiləri eyni zamanda separatçıların silahlı təxribatı azaltdığını bildirir.

Tərəflər dekabrın 22-dən “Milad atəşkəsi” elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG