Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:49

-

Dekabrın 1-də Nardaranda keçirilən əməliyyatdan sonrakı müddətdə 70-dən çox kənd sakini sutkalıq həbs olunub. İndiyə qədər onlardan çoxu buraxılıb. Binəqədidəki müvəqqəti saxlama təcridxanasında hazırda 15 kənd sakini saxlanılır.

Noyabrın 26-da xüsusi əməliyyat zamanı həbs olunanlar isə ya DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, ya da Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasındadırlar.

Bu haqda AzadlıqRadiosuna Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov məlumat verib.

Bayram günləri axtarış keçirilsə də, saxlanılan olmayıb.

«DEMƏYƏ ÇOX SÖZÜMÜZ VAR...»

Natıq Kərimov deyib ki, həbs olunanların yaxınlarının imkanı olmadığından vəkil tuta bilmirlər. Nardaranda dekabrın 1-də qurulan postlar hələ də qalır: «Daxili Qoşunlar, xüsusi təyinatlılar, polislər hələ də kənddədirlər. Dekabrın 1-dən onları sayı azalmayıb, bəlkə də artıb. Camaatı kəndə girəndə də yoxlayırlar, çıxanda da. Kənar adamları yenə kəndə buraxmırlar. Bu nədir, nə məsələdir, burda hansı rejim tətbiq olunub, bilinmir».

Natiq Kərimov deyib ki, kənd ağsaqqalları yerli icra nümayəndələri ilə görüşmək istəyirlər: «Bizim deməyə çox sözümüz var, bir bizi də dinləsinlər».

Noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı atışma olub, ikisi polis olmaqla 6 nəfər həlak olub. Dekabrın 1-də isə Nardarana qoşun yeridilib, evlərdə axtarışlar aparılıb. Onlarla kənd sakini saxlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG