Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 01:34

Həbsdə olan gəncin əməliyyata ehtiyacı var


Elvin Abdullayev
Elvin Abdullayev

-

AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayev əməliyyat olunmalıdır.
Bu haqda AzadlıqRadiosuna onun anası Zülfiyyə Abdullayeva məlumat verib: «Həbsinin ilk vaxtlarında, may ayında Kürdəxanı təcridxanasında Elvinə işgəncə verilmişdi. Döyülüb «kars»a salınmışdı. Onun izləridir. Həmin zərbələrdən onda yırtıq yaranıb. Həkim deyib ki, vaxtında əməliyyat edilməsə, fəsadları ciddi olar».

Elvin Abdullayev dekabrın 30-da 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Hazırda müəssisənin karantin bölməsindədir. Anası yanvarın 1-də həbsxanaya getsə də, karantin müddəti olduğundan onunla görüşə bilməyib.

Elvin Abdullayev Cinayət Məcəlləsinin 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunub. 6 il azadlıqdan məhrum edilib.

Müdafiə tərəfi həbsin siyasi motivli olduğunu, Elvin Abdullayevin şərləndiyini bildirir.

XS
SM
MD
LG