Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:44

-

Türkiyə hakimiyyəti Rusiyanın iqtisadi sanksiyalarından Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət hazırlayır. Bu barədə “Daily Sabah” qəzeti iqtisadiyyat naziri Mustafa Elitas-a istinadla yazır.

Nazirin sözlərinə görə, Ankara Moskvanın ÜTT qaydalarını pozmasına dair sübut toplayır.

Nazir onu da qeyd edib ki, ticarətin “əxlaqi əsasları” olmalıdır. Türk sahibkarlar Rusiya hökumətinə inanıb ölkəyə pul yatırıblar. Elitas Rusiya ilə münasibətləri hava proqnozuna bənzədib, belə ki, bəzən günəşli hava vəd olunsa da, yağış yağır və buludlu keçir.
“Buludlu şəraitdə Rusiyanın hərəkətləri beynəlxalq qaydalara uyğun gəlmir”, nazir deyib.

Rusiyanın Türkiyəyə qarşı iqtisadi sanksiyaları yanvarın 1-dən qüvvəyə minib. Türkiyədən Rusiyaya meyvə, tərəvəz, quş əti idxalı qadağan olunub. Moskva bir sıra Türkiyə şirkətlərinə də qadağalar qoyub.

İki ölkənin münasibətləri Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra pisləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG