Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:09

-

Respublikaçılardan prezidentliyə aparıcı namizədi Donald Trump Al-Shabaab qruplaşmasının videosunu rədd edib. Somali terrorçu qruplaşması təbliğat videosunda Trump-ın müsəlmanlarla bağlı dediklərindən istifadə edib. Tvitterdə yayılmış videoda Trump-ın müsəlmanların ABŞ-a mühacirətinə qadağa qoyulmasına çağıran sitatı salınıb. Məlumatı SITE Intelligence Group yayıb. Bu qurum cihadçı təbliğatının monitorinqini aparır.

Trump-ın dekabrın 7-də dilə gətirdiyi həmin fikirlər Amerika siyasətçiləri tərəfindən tənqid olunub, elə islamçı silahlılar tərəfindən istifadə oluna biləcəyinə dair fikirlər səslənib.

Ancaq yanvarın 3-də televiziyaya müsahibə verən Trump müsəlmanlar barədə dediklərini geri götürməyib.

Rəy sorğuları onun digər respublikaçı namizədlərdən öndə getdiyini göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG