Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:31

Fotoqraf yanğından iplə xilas oldu


Oteldə yanğın
Oteldə yanğın

-

Yeni İl gecəsində Dubayın «Address Downtown» otelində olan fotoqraf öz qiymətli avadanlığını üzərinə bağlayıb və pəncərəyuyanların istifadə etdiyi trosla 48-ci mərtəbənin eyvanından tullanıb.

Onun dediyinə görə, Yeni il gecəsi atəşfəşanlığa baxmaq üçün eyvana çıxıb. Ancaq aşağı baxanda anlayıb ki, bir neçə mərtəbə aşağıda başlamış güclü yanğın sürətlə yuxarıya doğru qalxır.

Fotoqraf danışır ki, o, əvvəlcə çıxışa tərəf qaçıb, amma mərtəbənin dəhlizinin tüstü ilə dolduğunu və yanğının onun otağına tərəf irəlilədiyini görüb. Tüstüdən boğulacağından qorxub otaqda qalmaq qərarına gəlib.

Ancaq xoşbəxtlikdən eyvanın yaxınlığında fəhlələrin pəncərələri yumaq üçün istifadə etdiyidayaq və trosu görüb. O, qiymətli aparaturasını özünə pərçimləyərək eyvandan dayağa çıxıb.

Fotoqraf dayağın içində 30 metrlik kabel aşkar edib. Özünü kabelə bərkidərək onun köməyi ilə yanğının hələ gəlib çıxmadığı başqa bir eyvana keçib. Fotoqraf deyir ki, onun möcüzəli xilası anında yanğın ondan cəmi 10 metr aralıda imiş və o, son anda xilas olub.

Nisbətən təhlükəsiz yerə düşəndən sonra fotoqraf dostlarına və xilas xidmətinə zəng vuraraq yanğınsöndürənləri gözləməyə başlayıb. Onlar da özlərini çox gözlətməyiblər.

63-mərtəbəli oteldə yanğının səbəbi bu günə qədər bilinmir. Həlak olanlar barədə də hələ dəqiq məlumat yoxdur.

Şahidlər deyirlər ki, hündürmərtəbəli otel Yeni İl gecəsi «kibrit» kimi yanıb və alov qısa zamanda bir neçə mərtəbəyə yayılıb. Evakuasiya zamanı 14 adam xəsarət alıb. Onlardan biri güclü tüstü və basabas səbəbindən ürək tutması keçirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG