Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:57

-

Yanvarın 3-də «Günəşli» qəzasında itkin düşən neftçilərdən birinin də meyiti tapılıb.

Meyit Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.

Xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.

Məlumatda deyilir ki, Azərbaycanın Xəzəryanı ölkələrə müraciətindən sonra aparılan axtarışlar zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65 km uzaqlıqda «Kursor» gəmisi kişi cəsədi aşkar edib. Cəsəd borta alınaraq Kiyanlı dəniz limanına aparılıb.

Cəsədin üzərində olan xilasedici geyimində «Azneft» yazısı olub.
Meyitin kimə məxsus olması haqqında heç nə deyilmir.

FHN bildirir ki, bu haqda əlavə məlumat veriləcək.

Bundan əvvəl də - dekabrın 27-də itkin düşənlərdən birinin meyiti Xəzərin Türkmənistana aid hissəsində tapılmışdı.

Dekabrın 4-də «Günəşli» yatağında baş verən qəza nəticəsində 7 nəfər həlak olmuş, 23 nəfər itkin düşmüşdü. Hazırda itkin düşənlərdən 21-i axtarılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG