Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:58

Abe Putin-lə görüş istəyir


Vladimir Putin (solda) və Shinzo Abe Soçidə, 2014-cü il

Vladimir Putin (solda) və Shinzo Abe Soçidə, 2014-cü il

-

Yaponiyanın baş naziri Shinzo Abe deyir ki, iki ölkənin sülh sazişi əldə etməsi üçün Rusiya prezidenti Vladimir Putin-lə danışıqlara ehtiyac var.

2-ci Dünya Müharibəsindən bəri Yaponiya və Rusiya heç vaxt sülh sazişi imzalamayıblar. Yaponiyanın Hokkaido adasındakı şimaldakı adalarla bağlı ərazi mübahisəsi var. Yaponiya oranı “Şimal Ərazisi” adlandırır.

Abe yanvarın 4-də Tokioda keçirilən mətbuat konfransında onu da deyib ki, Rusiya terrorçuluqla mübarizədə, İran və Suriya böhranlarında konstruktiv rol oynamalıdır.

2012-ci ildə vəzifəyə gələndən Abe Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışır. Ancaq Ukrayna münaqişəsi və digər məsələlər bu işi əngəlləyir.

Putin-in Yaponiyaya səfərləri də təxirə salınıb. Qərb Rusiya liderlərinin sözügedən böhranlarda iştirakından narahatdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG