Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:13

-

Ağ ev bildirir ki, İranın ballistik raket sınaqlarına görə hər hansı sanksiyalardan öncə daha çox diplomatik və texniki iş görülməlidir.

Vaşinqton İranın ballistik raket proqramına görə sanksiyalar üçün bir sıra əlavə hədəfləri nəzərdən keçirir. Bəzi konqresmenlər administrasiyanı bu sınaqlara görə cəzanı yubatmaqda ittiham edir.

Milli təhlükəsizlik müşavirinin müavini Ben Rhodes deyib ki, İranla yekun nüvə sazişi gələcək sanksiyalara əngəl törətməyəcək. İranla ABŞ və digər dövlətlərin əldə etdiyi sənəd Tehranın nüvə proqramını məhdudlaşdıracağı halda sanksiyaların qaldırılmasını nəzərdə tutur.

Rhodes deyib ki, ABŞ İranın etiraz edəcəyini gözləyir, ancaq bu, son qərara təsir göstərməyəcək. Rhodes yanvarın 2-də Havay adalarında danışıb. Prezident Barack Obama da Milad tətilini yekunlaşdırmaq üzrədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG