Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:53

Məhbuslar soyuqda saxlanılır?


Tofiq Yaqublu
Tofiq Yaqublu

-

«Atamla telefonla danışdım, deyir ki, barakda nə işıq var, nə də ki, normal qaz».

Bunu Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu AzadlıqRadiosuna bildirib.

Onun sözlərinə görə, atasının saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsində elektrik enerjisi tez-tez kəsilir, qaldığı yer də soyuqdur: «Həmişə hava soyuq olanda, orda belə problemlər yaranır. Cəzaçəkmə müəssisəsində bütün təchizatlar sovet dönəmindən qalmadır, elektrik naqilləri də külək olan kimi qırılır, qaz da zəifdir, içərini isitmir».

Nigar Yaqublu deyir ki, adamlar bu soyuqda çöldə 1 dəqiqə qala bilmədikləri halda məhbuslar soyuq yerlərdə saxlanır.

Bayram günü olduğu üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxlaya bilmədik.

Tofiq Yaqublu 2013-cü ildə İsmayıllıda baş verən etirazlara görə həbs olunub. 2014-cü ildə isə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib.

O, həmin vaxt kütləvi iğtişaşlara çağırma və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunur. Müdafiə tərəfi ittihamları rədd edir və həbsin siyasi sifariş olduğunu deyir.

İnsan haqları təşkilatları da Tofiq Yaqublunu siyasi məhbus elan edib.

Ali Məhkəmə oktyabrın 13-də Tofiq Yaqublunun işinə yenidən baxılması üçün sənədləri Şəki Apellyasiya Məhkəməsinə göndərib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG