Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:27

-

Azərbaycanda qarlı-şaxtalı hava şəraiti yanvarın 3-də davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, yanvarın 3-də Bakıda və Abşeron yarımadasında havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gün ərzində dəyişkən buludlu olacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi səhər və gündüz mülayimləşəcək. Bakıda və Abşeron yarımadasında gecə 3-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Hava gündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti, dağlarda gecə 10-15 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz isə 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Yollar buz bağlayacaq.

XS
SM
MD
LG