Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:26

Qar qızın «Möcüzələr Akademiyası»na baş çəkmisiniz?


Şaxta baba Kostroma meşələrində.
Şaxta baba Kostroma meşələrində.

-

«Möcüzələr Akademiyası»na baş çəkib, burada nağıllar aləminə düşməyi uşaqlı-böyüklü hamı arzulayır.

Şaxta babanın nəvəsinə həm Rusiyanın dörd bir yanından, həm də yaxın və uzaq xaricdən qonaqlar gəlir. Kostroma artıq neçə ildir ki, turistlər üçün «Şaxta baba və Qar qıza qonaq» adlı Yeni il proqramına daxil edilib. Şaxta babanın Veliki Ustyuqdakı iqamətgahını ziyarət etdikdən sonra Qar qızın da vətəninə də baş çəkmək istəyən turistlərin sayı ildən-ilə artır.

OSTROVSKY QAR QIZI BURA NECƏ «GƏTİRDİ»?

«Mənim nə üçün məhz Kostromada doğulduğumla bağlı çoxlu əfsanələr var. Əslində isə məni burda böyük dramaturq Alexander Nikolayevich Ostrovsky məskunlaşdırıb. Məhz o, buradakı malikanəsində «Qar qız» nağılını ərsəyə gətirib», -- kostromalı Qar qız deyir.

Qar qız Kostromanın əsas turistik brendidir. Bu il onun siması yenilənib. Ümumilikdə isə 15 il ərzində Şaxta babanın nəvəsinin obrazını cəmi 3 ayrı kostromalı gözəl canlandırıb. Ancaq aktrisanın dəyişməsi Qar qızın missiyasına heç bir təsir göstərməyib. O, əvvəlki kimi qonaqlarına sevinc bəxş edir. Sehrli dilək quyusu, dostluq güzgüsü, möcüzəli enerji generatoru və s. Bir sözlə, Qar qız qonaqlarını heyrətləndirməkdən yorulmur.

«Biz çalışırıq ki, bizim Kostromaya gələn qonaqların seçim imkanı olsun. Kim istəyir bura getsin, kim istəyir ora. Kostromada görməli yerlərin sayı nə qədər çox olsa, turistlərin bir o qədər çox seçim imkanı olar. Deməli, biz turistlər üçün daha cəlbedici olarıq», -- Kostromanın Mədəniyyət və Turizm İdarəsinin nümayəndəsi Tatiana Gatchina bu fikirdədir.

QAR QIZIN KÖMƏKÇİLƏRİ DƏ VAR

Qar qıza onun dostları – «qar möcüzəsi akademikləri» kömək edir.

Son vaxtlar onun daha bir qeyri-adi köməkçisi peyda olub – ağappaq pişik Stepan Timofeevich. Onun işi Şaxta babanın nəvəsinin qarderobuna keşik çəkməkdir. «Mən bütün ilboyu Kostromada yaşayıram. Qışda isti kürklər, yayda isə sərin kətan sarafanlar geyinirəm. Axı Kostromanı həm də «Rusiyanın kətan paytaxtı» adlandırırlar», -- kostromalı Qar qız belə deyir.

Kostromada Yeni il şənliyi Şaxta babanın Qar qıza baş çəkməsi ilə başlayıb. Sonra o, şəhərin əsas yolkasını işıqlandırıb. Bundan sonra isə Qar qızın Rusiyada ilk abidəsinin açılışını edib.

Şaxta babanın nəvəsinin vətənində yeni ili 50 minədək turist qarşılayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG