Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:42

-

Şimal bölgəsində qarlı, şaxtalı hava şəraiti hökm sürür.

ANS-in Quba ərazi hidrometeorologiya müəssisəsinə istinadən verdiyi məlumata görə, Quba və Qusar rayonlarında yağan qarın hündürlüyü 85 sm-ə çatıb.

Xınalıqda qar 82, Qubanın Qriz kəndində 84, Qusarın Ləzə kəndində isə 85 sm qar var. Quba şəhərində 43, Qusarda 50 sm qar yağıb. Dağlıq ərazilərdə 13 dərəcədən çox şaxta var.

Quba və Qusar rayonlarında avtomobil yolları buz bağlayıb, yol işçiləri səhər saat 6:00-dan yolun təmizlənməsinə başlayıblar.

Qubanın Xınalıq kəndinə aparan yol artıq ikinci gündür ki, bağlıdır. Yolda hərəkət mümkün deyil, yol işçilərinin dediyinə görə, təmizləmə işlərinə qarlı havanın normallaşmasından sonra başlamaq mümkün olacaq.

Bölgənin bir çox hissələrində qar uçqunları qeydə alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG