Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:45

Bakı-Balakən qatarının hərəkəti dayandı


Qatar
Qatar

-

Bakıda və rayonlarda müşahidə olunan qarlı-çovğunlu hava şəraiti ilə əlaqədar Bakı-Balakən qatarı Qax rayonunun ərazisində dayandırılıb.

«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat katibi Nadir Əzməmmədov «Report»a açıqlamasında deyib ki, dəmiryolunun qardan təmizlənməsi üçün əraziyə texnika cəlb olunub:

«Bir hadisə baş verməsin deyə, qatarın hərəkətini özümüz dayandırmışıq. Əraziyə texnika göndərmişik. Hazırda dəmiryol qardan təmizlənir ki, qatar baş yola çıxa bilsin. Hərəkətin bərpası qarın təmizlənməsindən asılıdır. Dəqiq vaxt demək mümkün deyil. Amma güman ki, bu gün ərzində hərəkəti bərpa edəcəyik».

O bildirib ki, hərəkəti dayandırılan qatardakı sərnişinlər digər nəqliyyat vasitələri ilə yola salınıb: «Qax rayon İcra Hakimiyyətinə müraciət etdik ki, sərnişinlər gözləməsin deyə, avtobuslarla onların daşınması həyata keçirilsin. Sərnişinlər avtobuslarla yola salınıb».

N.Əzməmmədov deyib ki, hələlik digər istiqamətlərdə heç bir problem yoxdur.

XS
SM
MD
LG