Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:18

Yanvarın 2-də Bakı və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Gecə 0-3 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Gecə və səhər yolların buz bağlayacağı, çovğun olacağı gözlənilir.

Milli Hiderometrologiya Departamentinin məlumatına görə, Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacaq, bəzi yerlərdə intensiv olacaq.

Gecə 7-12 dərəcə şaxta, gündüz 1-6 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında da arabir qar yağacaq. Gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir qar yağacağı, duman olacağı gözlənilir.

Gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə 0-5 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə 0-4 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta , gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Naxçıvan Muxtar Respublikasında da arabir qar yağacağı gözlənilir. Gecə 5-10 dərəcə şaxta, dağlıq ərazilərdə 12-16 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG