Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:32

Moskva Kiyevi məhkəməyə verir


Moskva 3 milyard dollarlıq borca görə Kiyevi məhkəməyə verir.

Rusiyanın maliyyə nazirliyi yanvarın 1-də bildirib ki, Britaniya məhkəməsinə müraciət edəcək.

Qeyd edək ki, Ukraynanın baş naziri Arseniy yatsenyuk dekabrın 18-də bu borcun ödənilməsinə moratorium qoyulduğunu bəyan eləmişdi.

Söhbət Moskvanın 2013-cü ildə rusiyapərəst prezident Viktor Yanukovychin dövründə Ukraynaya verdiyi 3 milyard dollarlıq borcdan gedir.

Ötən ilin martında Rusiyanın Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiya ilə Ukrayna arasında münasibətlər kəskin pisləşib.

Kiyev Moskvanı Ukraynanın şərqindəki separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamı rədd edir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə azı 9 min adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG