Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:12

Şimali Koreya lideri Kim Jong Un yeni il çıxışında lazım gəlsə müharibəyə hazır olduğunu bəyan edib, amma bu dəfə nüvə silahından danışmayıb.

O bildirib ki, Şimali Koreya yarımadada sülhə nail olmaq üçün əməkdaşlığı davam etdirəcək, amma istənilən təcavüz və təxribatlara dərhal cavab veriləcək.

Kim Jong Un 30 dəqiqəlik çıxışında bir daha iki ölkə arasındakı münaqişəyə görə Cənubi Koreyanı günahlandırıb.

Ötən ilin avqustunda sərhəd zolağında 2 Cənubi Koreya əsgərinin minaya düşməsindən sonra iki ölkə arasında münasibətlər yenidən gərginləşib.

Seul buna görə Cənubi Koreyanı günahlandırır. Pxenyan ittihamı rədd edir.

Pxenyan Cənubi Koreya və onun müttəfiqi ABŞ-ı düşmən sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG