Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:08

-

Birinci felyeton

- Yox, filankәs, xoşuma gәlmir.

- Nә xoşuna gәlmir?

- Qәzetiniz.

- Nә üçün?

- Çünki neinteresnidir.

- Harası neinteresnidir?

- Eh, әvvәllәrdә yenә Mixaylovskinin oğlunun dava xәbәrlәrindәn interesni şeylәr yazırdınız, amma indi nә yazırsınız? Mәbus Cәfәrovun istatyası. Özü dә üç gün bir-birinin dalısınca. Nә olsun?! Onun yazısından kim lәzzәt aparsın? Vә bir dә bunu tәk mәn demirәm, bir çox adamlar deyirlәr.

- Cәfәrovun istatyasından lәzzәt aparıb-aparmayanları bilmirәm, amma Cәfәrovun istatyasını oxuyanda sәnin vә sәnin kimi bir çoxlarının әhvalına ağlayanları vә gülәnlәri yaxşı bilirәm.

- Necә? Nә olub ki?!

- Rәhmәtlik oğlu, sәnin öz seçdiyin mәbus Cәfәrov sәnә şikayәt elәyir ki, dumada onu adam yerinә qoyan yoxdur. Müsәlmanların ehtiyaclarına vә mәnafeyinә duma kimi bir yerdә mәhәlgüzar olan yoxdur.

Otuz milyonluq müsәlman millәtini "millәt" deyib tanıyan yoxdur, sәn dә deyirsәn ki, Cәfәrovun istatyası neinteresnidir. Sәn gәrәk onu oxuyanda bütün hissiyyatın pәrişan ola (hәrgah hissiyyatın varsa), ruhun inciyә (hәrgah ruhun varsa), qәlbin yana (hәrgah qәlbin varsa), ürәyin xarab ola (hәrgah ürәyin varsa), başın ağrıya (hәrgah başın varsa).

Dumada özlәrinә hürriyyәtpәrәst ad qoymuş olan kadetlәr yәhudilәrin, polyakların, ermәnilәrin ehtiyaclarını iqrar edib, rәf vә dәfi üçün çalışırlar. Amma müsәlmanlara gәlәndә onları tanımaq da istәmәyib, quru kağızdan ibarәt olan ehtiyacnamәlәrinә dә qol qoymurlar. Vә blok qayırarkәn sәnin mәbus seçdiyin vәkili heç içlәrinә dә buraxmırlar. Vә o da sәnә bu barәdә şikayәt elәyir, sәndәn kömәk umur....

Bu әhvalat vә bu şikayәt sәnә heç bir әsәr elәmәdiyi bәs deyil, sәn hәlә kişinin istatyasına da neinteresni deyib Mixaylovskinin dava xәbәrini axtarırsan. Vә tapmayıb da hәlә bir qәzeti pislәyirsәn ki, neinteresnidir.

Qәzetimiz nә qәdәr neinteresni olsa da, sәnin kimi bir oxucunun, qәzetinin ancaq dava xәbәrlәrindәn lәzzәt aparmağa hünәri ola bilәn bir başla müsәlman qәzetinin interesni vә ya neinteresniliyindәn dәm vurmağının özü, hәqiqәt, neinteresnidir.

İkinci felyeton

Günlәrin bir günü, yәni bir neçә zaman bundan irәli nә tövr oldusa, bir firәng ilә tanış oldum. Firәng mәni, mәn firәngi söhbәtә tutduq, bir xeyli danışdıq elәdik, axırda firәng mәndәn soruşdu ki, bir de görüm, bu Qafqazda nә qәdәr müsәlman vardır.

Dedim, altı dәfә doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquz vә bir dә altı müsәlman! Dedi, bu zәhmәti çәkmә, altı milyon desәydin, ağzın yorulmazdı.

Dedim, mәn müsәlmanam, doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquzun mәnә artıq tәsiri olur, nәinki bir milyonun. Firәng bu sözә razı oldu vә sonra yenә soruşdu ki, bu altı milyon müsәlmanın içindә neçә qәzet çıxır.

Dedim allahdan gizli deyil, sәndәn nә gizli olacaqdır, bu altı milyon müsәlmanın içindә bircә dәnә qәzet çıxır. Bunu dediyimi gördüm, firәng yerindәn elә sıçradı ki, guya kişini ilan dişlәdi! Vә üzündә elә bir heyrәt vә tәәccüb әlamәti göstәrdi ki, mәnim özüm dә quruyub mat qaldım vә ürәyimdәn keçirtdim ki, yazıq altı milyon müsәlman, bir gör sәnin içindә bircә dәnә qәzet verilmәsi yad firәngә nә pis tәsir elәdi vә halonki, sәnә qalsa istәrsәn ki, heç qәzet yerli-dibli olmasın!

Amma sonra bildim ki, firәngi tәәccübә gәtirәn altı milyon müsәlmanın içindә bir qәzet olması deyilmiş, çünki o mәndәn soruşdu ki, "müsyö, indiyәdәk, nә tәvarixdә, nә dә heç bir abrazovannı yerdә görülmәyibdir ki, bir dәnә qәzetin altı milyon müştәrisi olsun!! Neujeli sizin bir dәnә qәzetinizin altı milyon müştәrisi var?!!

Firәng bu sualı mәnә verdikdә, mәndәn bir qәhqәhә çıxdı ki, firәng elә bildi dәli olmuşam.... Dedi nәyә gülürsüz? Dedim heç, onu deyirәm ki, qәzetimizin altı milyon müştәrisi yoxdur, bir qәdәr azdır.

D e d i: Beş milyon?

D e d i m: Bir qәdәr azdır.

D e d i: Dörd milyon?

D ed i m: Bir qәdәr azdır.

D e d i: Üç milyon?

D e d i m: Bir qәdәr azdır.

- İki milyon?

- Yox, azdır.

- Bir milyon?

- Yox, azdır.

- Beş yüz min?

- Yox, azdır.

- Üç yüz min?

- Yox, azdır.

- Yüz min?

- Yox, azdır.

- Doxsan min?

- Yox, azdır.

- Səksən min?

- Yox, azdır.

- Əlli min?

- Yox.

- Otuz min?

- Yox, azdır.

- On min?

- Yox, azdır.

- Beş min? Bəs neçə?

- Yox azdır. Min səkkiz yüz.

Bu sözü demişdim ki, gördüm, rәfiqim firәng tez bir fayton çağırıb, düz vağzala sürdürdü vә o gedәn firәng oldu ki, getdi. Bir neçә vaxtdan sonra firәngdәn bir kağız aldım ki, içindә bunu yazmışdı:

"Altı milyon tayfanın içindә bir dәnә qәzet ola, vә o qәzetin dә min sәkkiz yüz müştәrisi ola, o tayfadan heç bir yaxşı şey gözlәmәk olmaz, a molla!"

Bu sözlәr mәni çox yandırdı, tez götürüb cavabında yazdım ki, nә olsun, biz müsәlmanlar belәyik, amma siz firәnglәrin dә yediklәri hәmişә qurbağa ilә tısbağadır!...

Günün bütün mövzuları

XS
SM
MD
LG