Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:18

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Bakı, Xırdalan və Sumqayıt şəhərlərində keçirdikləri reydlər zamanı ticarət obyektlərindən ümumilikdə 150 000-ə qədər, Sumqayıt Səhər Polis İdarəsi əməkdaşları tərəfindən isə şəhər ərazisindəki satış yerlərindən 8 000-ə yaxın yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar aşkar edilərək götürülüb, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göndərilib.

Məlumatda o da bildirilir ki, Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565 nömrəli Qanunun 9-cu bəndinə əsasən, partlayıcı maddələr, qurğular, tezalışan maddələr və pirotexniki məmulatların mülki dövriyyəsi məhdudlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG